BMT-nin müstəqil ekspertləri Azərbaycana səfər edəcəklər
Tarix: 15.08.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Biznes fəaliyyətin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən məlumata görə, ekspertlərin səfəri Azərbaycan Respublikası Hökumətinin dəvəti əsasında həyata keçirilir. Qrup həmçinin ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə də səfər edəcək.
Ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.
İşçi Qrupun üzvü Pavel Sulyandziga qeyd edib ki, bu səfər bizneslərin insan hüquqları ilə bərabər fəaliyyət göstərməsi istiqamətində atılan addımlar barədə bütün maraqlı tərəflərə məlumat vermək üçün gözəl bir imkan yaradacaq. O, həmçinin əlavə edib ki, səfər çərçivəsində rəsmilərlə, bir sıra şirkətlərlə, vətəndaş cəmiyyəti nümayəndələri, həmkarlar ittifaqı və digər maraqlı tərəflərlə görüşüb onların təcrübəsini öyrənəcəklər.
Qeyd edək ki, 2011-ci ildə İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbul olunan Rəhbər Prinsiplər biznes fəaliyyətin insan hüquqlarına göstərə biləcək mənfi təsirinin qarşısının alınması və bu halların aradan qaldırılması üzrə dövlət və şirkətlərə dəqiq məlumat və istiqamətlər təqdim edirlər. Eyni zamanda, özəl şirkətlər də daxil olmaqla, üçüncü şəxslər tərəfindən hüquqların pozulmasına qarşı müdafiə sahəsində dövlətin üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləmiş olurlar. Sözü gedən prinsiplər həmçinin insan hüquqları sahəsində korporativ məsuliyyətin rolunu və hüquqları pozulmuş şəxslərin səmərəli müdafiə imkanlarına çıxışının əhəmiyyətini vurğulayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info