Deputatlar Mehriban Əliyevaya orden verilməsi ilə bağlı təqdimatı dəstəkləyiblər
Tarix: 15.08.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər.
Regional parlamentin deputatları plenar iclasda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməyə namizədliyini müzakirə ediblər.
Dumanın rəsmi saytında bildirilir ki, Mehriban Əliyeva Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə məşğul olan Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond Mehriban Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan bağ və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. 2012-ci ildə Azərbaycan-Rusiya Dostluq Körpüsü açılıb. Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və "Meçta" uşaq əyləncə şəhərciyi də Fondun gördüyü xeyirxah işlər sırasındadır.
Hazırda həyata keçirilən layihələrdən biri 240 yerlik uşaq bağçasının tikintisidir. Bu layihənin birinci növbəsi 2014-cü ilin sentyabr ayına qədər başa çatdırılmalıdır. Vilayətdə Azərbaycan mədəni-işgüzar mərkəzinin açılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info