Rusiya hərbi karvanı Ukrayna ərazisinə daxil olub
Tarix: 15.08.2014 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Avqustun 15-nə keçən gecə Rusiya ordusunun zirehli transportyorları (“BTR”) və hərbi yük avtomobillərindən ibarət karvan federallaşma tərəfdarlarının nəzarətində olan “İzvarino” nəzarət-buraxılış məntəqəsindən Ukraynaya daxil olub.
Ukrayna Antiterror Mərkəzi bu faktı təsdiqləyib. Mərkəzdən bildiriblər ki, karvan Luqansk vilayətinin Molodoqvardeyskaya rayonuna doğru irəliləyir: “Kəşfiyyat təsdiqləyib ki, “BTR” və “Ural” avtomobillərindən ibarət karvan sərhədi keçib və müvəqqəti bağlı olan “İzvarino” nəzarət-buraxılış məntəqəsindən ölkəmizə daxil olub. Kəşfiyyat təsdiqləyir ki, hərbi texnikanın üzərindəki tanınma nişanları və nömrələr Rusiyaya aid olub”.
Mərkəzdən onu da deyiblər ki, karvan çox böyük deyil, lakin onların dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Britaniyanın “The Guardian” qəzetinin Moskva müxbiri Şon Uoker avqustun 14-də axşam Rusiyadan Ukraynaya göndərilən humanitar yardım karvanını müşayiət edən “BTR”lərin və yük avtomobillərinin Ukrayna sərhədini keçdiyini öz gözləri ilə gördüyünü “Twitter”də yazıb. Bunu digər Britaniya nəşri “The Telegraph”ın jurnalisti Roland Olifant da təsdiqləyib. Rusiyanın “Dojd” telekanalının əməkdaşı Timur Olevski isə humanitar yardımı müşayiət edən 50-yə yaxın “BTR”in karvandan ayrıldığını söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info