Ordubadda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Tarix: 15.08.2014 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Ordubad Rayon İcra Hakimiyyətində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov payız-qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış edib.
Bildirilib ki, payız-qış mövsümündə rayon sakinlərini elektrik enerjisi və təbii qazla fasiləsiz təmin etmək məqsədilə rayon elektrik şəbəkəsi və qaz istismarı idarəsinə lazım olan hər cür avadanlıq, material verilib. Rayon üzrə bu ilin payız-qış mövsümündə yeni tikililərlə birlikdə 73 müasirtipli qazanxana fəaliyyət göstərəcək. O cümlədən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunacaq. Həmçinin təhsil müəssisələri üzrə 25, mədəniyyət sahəsi üzrə 5, idarə, müəssisə və təşkilatlar üzrə isə 34 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə, həmin qazanxanaların hamısı işlək vəziyyətdədir və hər birinin texniki təhlükəsizliyi təmin edilib.
Qeyd olunub ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb. Bu il rayondakı 43 təhsil müəssisəsindən 25-i qazanxana, 17-si isə neft sobası ilə qızdırılacaq. Rayon rabitə idarəsində 2014-2015-ci ilin payız-qış mövsümü ilə əlaqədar akkumulyator batareyaları yenisi ilə əvəz edilib, xətt təsərrüfatına baxış keçirilib, müxtəlif tutumlu kabellər və yararsız dayaqlar yeniləri ilə əvəz olunub. Bundan əlavə, ATS-lə¬rin fasiləsiz fəaliyyəti üçün yanacaq ehtiyatı yaradılıb, generatorlara texniki baxış keçirilib. Nasaz generatorlar təmir edilib, bir ədədi yenisi ilə əvəzlənib.
Müşavirədə ayrı-ayrı xidmət sahələrinin rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib və qarşıda duran vəzifələrdən danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info