Diaspor üzvləri Biləsuvarda şəhid məzarlarını ziyarət ediblər
Tarix: 15.08.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə bir neçə diaspor üzvü son günlər cəbhə xəttində döyüşlərdə dünyasını dəyişən 3 şəhidin ailəsinə baş çəkiblər. Daha sonra Biləsuvar rayonunda dəfn edilən şəhidlərin məzarları ziyarət olunub. Görüşdə Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov, Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, məhşur rusiyalı araşdırmaçı yazar Aleksandr Fomenkov, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçisi, diaspor jurnalisti İlahə Ələkbərova iştirak ediblər.Qonaqları qəbul edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov bu təşəbbüsü yüksək qiymətləndirərək qonaqlara öz təşəkkürünü bildirib.
DJB sədri Fuad Hüseynzadə səfərin örnək xarakteri daşıdığını deyib. O, DJB tərəfindən digər regionlardakı şəhid ailələrinə də belə səfərlərin nəzərdə tutulduğunu qeyd edib.
NAE-in sədri Elxan Mirhəşimli diaspor adından şəhid ailələrinə baş sağlığı verib və onların dərdlərinə şərik olduqlarını deyib. Rusiyalı şair-publisist Aleksandr Fomenkov isə işğalçı Ermənistan respublikasını kəskin tənqid edərək, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyib. A. Fomenkov bildirib ki, Azərbaycan regionun ən qüdrətli dövlətidir və haqq işi uğrunda mübarizə aparır.
DİDK rəsmisi Əbülfəz Şeydabəyov bildirib ki, şəhid olmuş əsgərlərimiz hər bir azərbaycanlı ailənin övladlarıdır.
ÜAK təmsilçisi İlahə Ələkbərova vətəndən uzaqda yaşasa da şəhid ailələrinə baş çəkməyi özünə borc bildiyini qeyd edib.
Xatırladaq ki, cəbhə xəttindəki son hadisələr zamanı şəhid olanlardan 3-ü, 37 yaşlı gizir Pərvin Əliyev, 28 yaşlı kiçik gizir Rahil Hüseynov, 1996-cı il təvəllüdlü əsgər Anar Qafarzadə Biləsuvar rayonundandırlar. Hər üç şəhid doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndinin qəbiristanlığında dəfn ediliblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info