Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri istehsalat təcrübəsi keçir
Tarix: 15.08.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dördüncü kurs tələbələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) istehsalat təcrübəsi keçirlər. QSC-dən bildiriblər ki, müəssisənin ekoloji monitorinq departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə “Ekol Mühəndislik Xidmətləri”nin yaranma tarixi, maddi-texniki bazası əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında məlumat verib. İstehsalat təcrübəsi müddətində tələbələr neft emalı zavodlarında formalaşan, neft məhsulları və digər kimyəvi maddələrlə çirklənmiş axıntı sularının təmizlənməsi, neftşlamın emalı texnologiyaları, eləcə də qurğuların iş prinsipi ilə yaxından tanış olacaqlar. Eyni zamanda, onlar QSC-nin torpaqların rekultivasiyası departamentinin xidmət sahələrində yaşıllıqlara göstərilən aqrotexniki xidmətlər və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən ekoloji layihələr barədə məlumatlandırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info