Komitə ölkə üzrə tolerantlıqla bağlı silsilə tədbirlərin keçirilməsinə başlayıb
Tarix: 15.08.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam Konfransı Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzi (İKGF ARM) ilə birlikdə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində silsilə seminar-treninqlərin keçirilməsinə başlayıb.
"Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan" müasir çağırışlar və tolerantlıq mövzusundakı seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib.
Tədbirdə DQİDK-nın, İKGF-nin, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyətinin nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.
Tədbirin açılışında çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru (İKGF ARM) Elçin Əsgərov tolerantlıq anlayışı haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələri az olsa da, hər halda var. Azərbaycanda uzun illərdir dinlərin, məzhəblərin dinc yanaşı yaşaması digər dövlətlərə də bir nümunədir. Onun fikrincə, cəmiyyətlərdə dincliyin, sabitliyin yaranmasının əsas səbəblərində biri də dözümlülüyə riayət etməkdir.
Düzgün dini maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən DQİDK-nın Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov isə bildirib ki, cəmiyyətdə istənilən dini dünya görüşə hörmətlə yanaşılmalıdır. Lakin antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir.
Tədbirin açılışında DQİDK-nın sifarişi əsasında çəkilmiş "Azərbaycan - tolerantlıq məkanı" adlı videoçarx nümayiş olunub.
Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev deyib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı (Qobustan, Şamaxı, İsmayıllı), Göyçay (Ağsu, Göyçay, Ağdaş), Oğuz, (Qəbələ, Oğuz, Şəki), Zaqatala (Zaqatala, Qax, Balakən), Cəlilabad (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran) rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ilin sonunadək konfransın, ölkənin müxtəlif dinlərə məxsus dini icmalarının tərəfdaşlığı ilə müştərək layihələrin və digər tədbirlərin keçirilməsi, eləcə də xarici mütəxəssislər tərəfindən Azərbaycanın milli tolerantlıq ənənələrini araşdıracaq tədqiqat işlərinin tamamlanması və təqdimatı da nəzərdə tutulur.
Daha sonra paytaxtdan dəvət olunmuş ilahiyyatçı ekspertlər tərəfindən milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib. Tədbirin sonunda radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması yolları mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb.
Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində "Tolerantlığın ipək yolu", "Azərbaycan-tolerantlıq məkanı", "Hörmət naminə birləş" kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info