“Forbes“: “Rusiyalılar Ukraynada qan tökülməsində ABŞ-ı günahlandırırlar”
Tarix: 15.08.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


ABŞ-a məxsus "Forbes" bildirir ki, rusiyalılar Ukraynada qan tökülməsində ABŞ-ı günahlandırırlar: “Rusiyada ən avtoritet olan müstəqil sosioloji təşkilat “Levada-Sentr” az öncə Rusiya cəmiyyətinin Ukraynadakı böhrana münasibətinə həsr olunmuş tədqiqatın nəticələrini açıqlayıb. Amma rusiyalılar baş verənlərə qətiyyən bizim kimi yanaşmırlar. Məsələn, Ukrayna prezidenti Petr Poroşenkonun Donetsk və Luqanskda “antiterror əməliyyatları”nı öz təşəbbüsü, yoxsa ABŞ-ın təşəbbüsü ilə aparması barədə suala, respondentlərin 77%-i ABŞ-ın təşəbbüsünü qeyd edib. Yalnız 7 faiz bildirib ki, bunun məsuliyyəti Poroşenkonun üzərindədir. Qalanları isə bildiriblər ki, bu məsələdə həm ABŞ, həm də Ukrayna hakimiyyəti eyni dərəcədə məsuliyyət daşıyır. “Levada-Sentr”in araşdırmasına görə, respondentlərin 75 faizi Rusiyanı Ukraynadakı hadisələrə görə günahsız sayıb. Yalnız 18 faiz ölkənin Ukraynadakı proseslərdə məsuliyyət daşıdığını bildirib. Ukraynada zorakılıqların baş verməsində respondentlərin şəxsi məsuliyyət hiss etdikləri barədə suala 81 faiz cavab verib ki, özlərini bu məsələdə cavabdeh saymırlar. Belə olduğu halda, Rusiya əhalisinin Ukrayna məsələsində mövqeyi Rusiya Xarici İşlər Nazirliyinin rəyi ilə üst-üstə düşür. Rusiya XİN də eyni zamanda ABŞ-ı günahlandırır və qeyd edir ki, Rusiya bu məsələdə günahkar deyil”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
19.08.2019
Əfqanıstanda terror aktı nəticəsində 63 nəfər ölüb
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info