Orta ixtisas məktəblərində yeni kredit sisteminin tətbiqi təhsilin inkişafında mühüm rol oynayacaq
Tarix: 15.08.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Texniki Kollecində Bolonya təhsil sisteminə uyğun orta ixtisas təhsili müəssisələrində kredit sisteminə keçidlə əlaqədar seminar keçirilib.
Seminarı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məhəmməd Qəribov açaraq son vaxtlar ölkəmizdə, eləcə də muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından söhbət açıb. Bildirib ki, məhz bu qayğının nəticəsində təhsildə dünya standartlarına uyğun yeni metod və qaydaların tətbiqi uğurla icra olunur. Bu metodlardan biri də Bolonya təhsil sisteminə uyğun ali və orta ixtisas təhsili müəssisələrində yeni kredit sisteminin tətbiq olunmasıdır. Qeyd edilib ki, muxtar respublikada təhsil müəssisələrinin hərtərəfli inkişafı bu yeni metodların da tətbiqində mühüm rol oynayacaq.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid bildirib ki, yeni qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2010-cu il aprelin 23-də təsdiq edilmiş “Orta ixtisas təhsilinin standartı və proqramı”na, 2011-ci ilin yanvarın 14-də təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Avropa kredit-transfer sisteminə uyğun olaraq hazırlanıb.
Vurğulanıb ki, kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi hər bir tələbənin fərdi tədris planının olmasını və onların bu planın tərtibində iştirakını, tələbənin fənn və müəllim seçimində müstəqilliyini, təhsil prosesinə akademik məsləhətçilərin cəlb olunmasını, tələbəyə sərbəst iş üçün şəraitin yaradılmasını, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqini, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşmasını, hər bir fənn üzrə ayrıca jurnalın tərtibini, tələbə və müəllimlərin mobilliyinin təmin olunmasını və nəhayət, fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılmasını nəzərdə tutur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminara videobağlantı ilə Naxçıvan Musiqi Kollecinin müəllimləri də qoşulublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info