“Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur”
Tarix: 16.08.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayinin “aztabriz.irib.ir” saytında məqaləsi dərc edilib.
Səfir İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın Bakıda keçirilən 9-cu iclasında müzakirə olunan məsələlərə toxunaraq bildirib ki, İranın İnvestisiya, İqtisadiyyat və Texniki Dəstək Fondu ilə Azərbaycanın İxracın və İnvestisiyanın Təşviqi Fondu arasında əməkdaşlıq haqqında protokolun imzalanması hər iki tərəfin maksimum anlaşmaya çatmaq üçün güclü iradəsinin olduğunu göstərib. İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini vurğulayan səfir, görüşdə Prezident İlham Əliyevin “İran və Azərbaycan regional müttəfiqə çevrilə bilər” fikrinə xüsusi yer ayıraraq nəzərə çatdırıb ki, ölkələr arasındakı iqtisadi münasibətlərin genişlənməsi strateji münasibətlərin formalaşmasına səbəb olacaq.
M. Pakayin qeyd edib ki, Azərbaycan tərəfinin iranlı iş adamlarına sadələşdirilmiş viza sistemini tətbiq etməyə razılaşması iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişafına gətirib çıxaracaq ki, bu da hər iki ölkə üçün olduqca faydalıdır.
Materialda göstərilib ki, İranla Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə zəmin yarada biləcək əsas sahələrdən biri də özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi ola bilər. Tehran və Ərdəbil vilayətlərində fəaliyyət göstərən iş adamlarının Bakıda keçirilən biznes forumda iştirakı özəl sektor nümayəndələrinin qarşılıqlı əməkdaşlığı üçün əsas yaradıb.
Məqalənin yekununda bildirilib ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycan Prezidenti İlham Əliyevlə Davos şəhərində görüşü və bu görüşdən iki ay sonra Azərbaycan dövlət başçısının İrana səfəri, ölkə rəhbərliyi ilə səmimi görüşləri müştərək iqtisadi komissiyanın 9-cu iclasının müvəffəqiyyətlə keçməsinə şərait yaradıb. İki dövlətin ciddi əzmkarlığını nəzərə alaraq demək olar ki, Azərbaycan ilə İran arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir və bu münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info