“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin sonunda başa çatmalıdır”
Tarix: 18.08.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin axırında başa çatmalıdır”. Bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyənin keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri, AKP İzmir millət vəkili Binali Yıldırım deyib.
“Bakı-Tiflis-Qars dəmir yolundakı sınaq sürüşləri 1 il gecikmişdi və plana görə, bu ilin axırında həyata keçirilməlidir. Sizcə, qrafikdə bu dəfə də dəyişiklik olmayacaq ki?” sualına B.Yıldırım belə cavab verib: “Mən o işləri yeni nazirə təhvil vermişəm, işlərlə onlar məşğuldur. Ancaq sualınızın cavabında bunu deyə bilərəm ki, mən təhvil verənə qədər işlər planlaşdırdığımız şəkildə gedirdi və inşallah, bu ilin axırında dəmir yolunda sınaq sürüşlərini keçirəcəyik”.
Qeyd edək ki, 2002-2011-cü illər arasında Türkiyənin nəqliyyat və kommunkiasiya naziri olan Binali Yıldırım bir sıra böyük infrastruktura layihələrinin həyata keçirilməsinə rəhbərlik edib. 12 iyun 2011-ci ildə keçirilən seçkidən sonra yaradılmış nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin başına da Binali Yıldırım gətirilib. 30 martda keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın təkidiylə İzmir böyük şəhər bələdiyyə başqanlığına namizəd olan Binali Yıldırım bu səbəblə nazir vəzifəsindən ayrılıb. Seçkidə qalib gələ bilməyən Yıldırım, Ədalət və İnkişaf Partiyasında(AKP) sədrin baş müşaviri vəzifəsinə gətirilərək Ərdoğanla yaxın çalışmalarını davam etdirib.





 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info