Qış və yay məktəblərinin təşkili dövlətin gənclərə münasibətinin təzahürüdür
Tarix: 18.08.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


|

İqtisadiyyat və Sənaye Nazirliyi
Bakı Biznes Tədris Mərkəzi, baş mütəxəssis
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının üzvü


Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən – Azərbaycanın gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət orqanlarını formalaşdıraraq, müstəqillik prinsiplərini həyata keçirərək həm tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir, həm də gənclərimizə çox istinad edirik, güvənirik. Gənclərimizin həm güclü enerjisinə, həm gələcəyə olan böyük ümidlərinə, həm də müstəqilliyin bu günümüz, gələcəyimiz üçün dəyərli olduğunu anlamasına istinad edirik.
Ümummilli Lider Heydər Əliyev

Heydər Əlirza oğlu Əliyevə məxsus yuxarıdakı dəyərli kəlmələr onun 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərlə görüşündə söylənilmişdir. Bəli, ulu öndərimiz azərbaycanlı gəncə inanırdı, onun gələcəyinə böyük ümidlər bəsləyirdi. Azərbaycan gəncinin xalqın güclənməsində və dövlətin inkişaf etməsində xüsusi rola malik olacağından böyük əminlik duyulurdu. Təbii ki, gənclərimizin sözün yaxşı mənasında meydan sulaması üçün geniş imkanlara ehtiyac var idi. Həmin imkanları məhz ümummilli lider Heydər Əliyev açdı. Heydər Əliyev istənilən şəraiti yaratdı ki, ölkəsinin gənci istedadını ört-basdır etməsin, şəxsi bacarıqlarından müsbət yöndə yararlana bilsin. Gənclər siyasətinin ulu öndərimizin yürütdüyü siyasətin əsas tərkib hissəsi olması gənc nəsildə ruh yüksəkliyi yaratdı. Gənclərdə vətənpərvərlik hissi gücləndi, onlar qələbələrə, uğurlara sövq edildi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, ilk gənclər forumunun reallaşması və 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncamın imzalanması gəncliyin sürətli tərəqqisi yolunda daha geniş cığırlar açmış oldu.
Ölkəmizdə gənclər siyasəti bu gün də uğurlu şəkildə davam etdirilir. Belə ki, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətində də gənclərlə bağlı görülən işlər aparıcı yerlərdən birini tutur. İlham Əliyev də Azərbaycan gəncinin gücünə və istedadına güvəndiyindən, onun özünü inkişaf etdirə bilməsi üçün əlindən gələni əsirgəmir. Əgər bir gəncin irəliləməsinin qarşısını kəsən maneələr varsa, o maneələr aradan qaldırılır, nəticədə zəka və intellekt qalib gəlir. Ölkənin aktiv qüvvəsi olan gənclər əldə etdiyi uğurlardan ilhamlanır və daha böyük səylə çalışmağa başlayır.
Bu gün Azərbaycan dövlətinin öz gəncini düzgün qiymətləndirməsinə dair göstəriləcək nümunələrdən biri də Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən gənclər üçün qış və yay məktəblərinin təşkil edilməsidir. Qış və yay məktəblərinin təşkili dövlətin gənclərə olan qayğılı yanaşmasının təzahürüdür. Bu cür məktəblərin təşkil edilməsi partiyanın gənclərin siyasi fəallığının artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yönəltdiyi diqqətdən irəli gəlir. Qış və yay məktəbləri 2007-ci ildən başlayaraq hər il təşkil edilir. Bu layihə Yeni Azərbaycan Partiyasının əsas layihələrindən biridir. Qış və yay məktəblərində gənclərin liderlik bacarıqları təkmilləşir. Bu da ki, sözügedən layihənin böyük əhəmiyyət daşıdığından xəbər verir. Qış məktəbləri fəsillə əlaqədar olaraq 1 tur təşkil edilir, amma yay məktəblərinin təşkili 4 tur çərçivəsində həyata keçirilir. Azərbaycanın səfalı bölgələrində mövcud olan istirahət mərkəzlərində təşkil edilən məktəblərdə paytaxtla yanaşı, respublikanın bütün rayonlarından olan fəal gənclər iştirak edir. Gənclər layihə ərzində müxtəlif seminarlar, diskussiyalar, təlimlər, idman yarışları, intellektual və əyləncəli oyunlara qatılmaqla həm biliklərini artırır, beyinlərini yeni lazımi informasiyalarla yükləyir, həm də əylənir, həmçinin YAP-ın məsul şəxslərinin faydalı nitqlərindən yararlanaraq öz təfəkkürlərini inkişaf etdirmiş olurlar. Fəal və ziyalı gənclər arasında yeni dostluqların təməlinin atılması qış və yay məktəblərini dəyərli edən əsas amillərdən biridir.
Mən yüzlərlə gənci özündə toplayan layihənin dəfələrlə iştirakçısı olmağımdan qürur duyuram, çünki qış və yay məktəblərində öyrəndiklərimlə irəliləyirəm, inkişaf edirəm. Gənc dostlarıma məsləhətim odur ki, biz hamımız Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi birləşək, daim öz biliyimizlə, zəhmətimizlə müstəqil Azərbaycanımıza töhfələr verək.




 
Müəllifin son yazıları

13.05.2015 İlk Avropa Oyunları Azərbaycanın qüdrətinin nümayişi üçün növbəti fürsət olacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10286

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info