Azərbaycan ÜTT çərçivəsində danışıqların növbəti raunduna hazırlaşır
Tarix: 18.08.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti 2014-cü il noyabrın sonunda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) işçi qrupu ilə növbəti görüşün keçirilməsinə ümid edir. Bunu danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan sentyabrın sonuna ÜTT-nin üzv ölkələrinin suallarına cavabları təqdim etməyi planlaşdırır: "Bunun əsasında katiblik "Factual Summary" icmal hesabatını hazırlayacaq. Hesabat ölkələrə göndəriləcək".
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar üçün Azərbaycan ÜTT-nin katibliyinə son 3 ildə (2011-2013) ölkənin aqrar sənaye kompleksində dəyişikliklər nəzərə almaqla yeni cədvəli təqdim edib.
İşçi qrupu ilə son görüş 2014-cü ilin iyununda baş tutub.
M.Məmmədquliyev deyib ki, iyunun sonunda keçirilmiş danışıqlar prosesinə yeni 4 ölkə - Səudiyyə Ərəbistanı, Malayziya, Dominikan Respublikası və Honduras qoşulub: "Üç ölkə ilə fikir mübadiləsi aparılıb, lakin Səudiyyə Ərəbistanı danışıqlarda geniş tərkibdə təqdim olunmuşdu və artıq konkret məsələləri qoymağa başladı".
Yayda ümumilikdə 12 ölkə ilə ikitərəfli danışıqlar keçirilib.
Onun sözlərinə görə, ÜTT çərçivəsində Azərbaycanla danışıqların aparılmasına artan maraq nəzərə alınsa, danışıqlar prosesinin başa çatması haqqında nəsə demək hələ tezdir. M.Məmmədquliyev təşkilatın işçi qrupu ilə görüşlər çərçivəsində ikitərəfli danışıqların aparılması imkanını istisna etməyib".
Qeyd edək ki, Azərbaycan 1997-ci ildən ÜTT yanında müşahidəçi statusuna malikdir. Azərbaycan ÜTT-nin üzv ölkələri ilə danışıqlara 2004-cü ildə başlayıb. Hazırda 18 ölkə ilə danışıqlar aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info