Almaniyada ilk dəfə Azərbaycan mədəniyyətinə həsr olunmuş kitab işıq üzü görəcək
Tarix: 18.08.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Almaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini, zəngin irsini və mətbəxini avropalılara tanıtmaqdır. Bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından biri, bu sahədə 40-dan artıq kitabın müəllifi Barbara Lutterbek artıq 10 gündən çoxdur ki Azərbaycanda fotoçəkilişlər edir, lazımi materialları toplayır. Barbara Lutterbek hesab edir ki, özünü, ölkəni, mədəniyyətini təbliğ etməyin əsas yolu onun mətbəxindən başlayır, çünki cəmiyyət yeni insanlarla qarşılaşdıqda, ilk növbədə onların adət-ənənəsinə, mətbəxinə, həyat tərzinə diqqət yetirir. Məhz bu məqsədlə Barbara Lutterbek 17 illik fotoqraf fəaliyyəti dövründə Mərakeşdən Nepala qədər onlarla ölkənin mədəniyyəti ilə yaxından tanış olub və maraqlı kitablar ərsəyə gətirib. İlk dəfə Azərbaycanda olan Barbara Lutterbek Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzerin müşayiəti ilə Bakı, Quba, Lahıc, Xınalıq, Qəbələ, Şəki, Şamaxı və digər bölgələrin zəngin mədəniyyəti, ənənələri, mətbəxi ilə yaxından tanış olub və bütün bunları fotokameranın yaddaşına köçürüb. Bu təamlardan dadmaq imkanı da qazanan alman xanımın ən çox bəyəndiyi yemək isə Azərbaycan mətbəxinin şah əsəri olan yarpaq dolması olub. Azərbaycanın mətbəxi ilə yanaşı, burada müşahidə etdiyi tolerantlığı, azadlığı, eyni zamanda insanların səmimi münasibəti və qonaqpərvərliyini yüksək qiymətləndirən xanım fotoqrafın ən çox diqqətini çəkən isə qədimliklə müasirliyin təbii vəhdətidir: “Mən bu sintezi yalnız şəhərin gözəlliyində deyil, eyni zamanda insanların özündə, təbiətində hiss edirəm. İnsanları müşahidə edərkən onların çox modern, eyni zamanda bir o qədər də ənənələrə sadiq, ailəyə bağlı olduğunu görürəm”. Qeyd edək ki, Barbara Lutterbekin Azərbaycana həsr etdiyi kitabında Azərbaycan tarixini, mədəniyyətini, adətlərini, mətbəxini əks etdirən fotolar və qısa məlumatlar, həmçinin Azərbaycan mətbəxinin bəzi nümunələrinin hazırlanma qaydası da yer alacaq. Kitabın bu ilin sonunadək Almaniyada çap olunması, hər iki ölkədə isə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info