Qaradağda dini icmalarla görüş keçirilib
Tarix: 18.08.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində dini icmaların nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov, dini icmaların nümayəndələri və rayon ziyalıları iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vətənimizin öz zəngin tarixinə və adət-ənənələrinə əsaslanaraq müsəlman dünyasında və islam dəyərlərinin qorunub saxlanılmasında rolunun get-gedə artıraraq mühüm rol oynadığını bildirib. Qeyd edib ki, əsrlər boyu islam dini ölkəmizdə inkişaf etmiş digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu birgə yaşayışın nümunəsinə çevrilib. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olundu, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirildi, konfessiyalar arasında dözumlülük mühiti genişləndirildi, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərində dövlət siyasətini uğurla davam etdirir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıraraq Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən çoxaldığını bildirib. Ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığının olduğunu diqqətə çatdırıb. Məhz aparılan məqsədyönlü siyasətin nəticəsində tolerantlıq mühitinin qorunub saxlanmasının məntiqi nəticəsi kimi paytaxtımız bir sıra sivilizasiyalararası dialoqun işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlərə sahiblik edib. Sovetlər dövründə Azərbaycanda 17 məscidin olduğunu müstəqillik qazandıqdan sonra isə bu sayın 2050 olmasını dövlət tərəfindən dinimizə göstərilən ehtiramın təzahürü kimi vurğulayıb.
Öz növbəsində çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin Hacı Faiq Əhmədov hər bir bölgəmizdə olduğu kimi Qaradağ rayonunda da dini tolerantlığın hökm sürdüyünü qeyd edib. Bildirib ki, heç bir xarici təsirlər dinimizə qulluq edən sakinlərimizi tutduqları düzgün yoldan döndərə bilməz. Məscidlərimizdə dinin müsbət keyfiyyətləri, əxlaqi dəyərləri, insanlar üçün əhəmiyyəti, bütövlükdə mahiyyəti təhrif olunmadan olduğu kimi cəmiyyətə çatdırılır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.
Daha sonra Lökbatan qəsəbə məscidində dindarlarla görüş keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən məscidə dini ədəbiyyatlar hədiyyə verilib. Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov bütün dindarlar adından komitə sədri Mübariz Qurbanlıya müqəddəs Qurani Kərim kitabı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info