İş adamlarımız Tatarıstanda keçiriləcək tədbirlərə dəvət olunur
Tarix: 18.08.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Azərbaycanlı sahibkarlar və iş adamları Tatarıstanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət olunur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, sərgi Kazan şəhərindəki “Kazanskaya Yarmarka” sərgi mərkəzində keçiriləcək.
Belə ki, sentyabrın 3-5-də Tatarıstan neft, qaz və kimya forumunun çərçivəsində XXI “Neft. Qaz. Neft kimyası” adlı beynəlxalq sərgi təşkil olunacaq. 31 oktyabr - 4 noyabr tarixlərində XXVI “Dəb və Stil. Qazan - Payız” adlı yüngül və tekstil sənaye məhsullarının sərgisi baş tutacaq. Bundan başqa, bu ilin dekabrın 3-5-də XIV “Maşınqayırma. Metal emalı. Qazan” adlı beynəlxalq sərginin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Kazanskaya Yarmarka” Rusiya sərgi sektorunda liderlərdəndir və ölkənin 5 ən böyük regional sərgi operatorlarından biridir.
Sərgilərdə iştirak etmək istəyən Azərbaycan biznes dairələri və iş adamları Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinə müraciət edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info