Ukraynanın Herontologiya İnstitutu ilə saziş imzalanıb
Tarix: 19.08.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz ilə Ukrayna Milli Tibb Elmləri Akademiyasının D.F.Çebotaryov adına Herontologiya İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Tədbirdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəhbəri Aydın Salmanov və Ukrayna Herontologiya İnstitutunun Heriatrik Reabilitasiya Mərkəzinin direktoru, akademik Svetlana Kuznetsova çıxış ediblər.
Professor A.Salmanov qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilatın əsas məqsədi tibb elmləri, təhsil və səhiyyə sahəsində əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına kömək etməkdir. O vurğulayıb ki, tərəflər arasında əməkdaşlıq haqqında saziş məhz bu məqsədə çatmağa xidmət edir.
Professor A.Salmanov deyib ki, akademiklər Vladislav Bezrukov və Svetlana Kuznetsova akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin Əlaqələndirmə Şurasının üzvləri kimi, Ukrayna və Azərbaycan alimləri arasında əməkdaşlığın səmərəsini artırmağa kömək etməyə hazırdırlar.
Akademik S.Kuznetsova öz çıxışında həmin sazişin vacibliyinə əminliyini bildirərək vurğulayıb ki, bu saziş Ukrayna ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa, birbaşa elmi əlaqələrin dərinləşməsinə və müştərək layihələrin həyata keçirilməsinə xidmət edəcəkdir.
O deyib: “Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, yaxın vaxtlarda Bakıda Azərbaycan Səhiyyə Nazirliyi ilə Ukrayna Tibb Elmləri Akademiyasının Herontologiya İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanması planlaşdırılır”.
O, iki ölkə alimlərinin müştərək elmi fəaliyyətinin müvafiq profil üzrə elmi əlaqələrin dərinləşməsinə və genişlənməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Ukraynanın tanınmış alimi Svetlana Kuznetsova AzərTAc-a müsahibəsində keçən əsrin 70-80-ci illərini, həmin dövrdə Azərbaycanın bir sıra guşələrində elmi tədqiqatlar apardığını, respublikanın rəhbəri Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva ilə görüşlərini yada salaraq vurğulayıb ki, Bakıda Heydər Əliyev və Zərifə Əliyeva ilə unudulmaz görüşləri həmişə hərarətlə xatırlayır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info