Azərbaycanlı rəssam Ərdoğan üçün tablolar çəkəcək
Tarix: 19.08.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev Türkiyə baş naziri və yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğana tablolar çəkəcək.
Bir neçə gün əvvəl özünə yaxın “Türkmedia” yayım qrupunun binasını gəzən Ərdoğan, baş direktorun otağında azərbaycanlı rəssam Sənan Eynullayevin çəkdiyi 5 metrlik İstanbul mənzərəsini görərək çox bəyəndiyini deyib və özü üçün o tablonun daha geniş ölçüdə olanını və həmçinin, S.Eynullayevin başqa əsərlərini istəyib. Ədalət və İnkişaf Partiyasının sənət və reklam işləriylə məşğul olan şəxs Sənan Eynullayevlə görüşəcək və Ərdoğanın istədiyi əsərlərin ölçüləri müəyyənləşdirilərək işə başlanacaq. S.Eynullayevin Ərdoğan üçün 10-a yaxın yağlı boya tablosu çəkməsi gözlənilir. 1956-cı ildə Bakıda anadan olan plastik sənətlər ustası Sənan Eynullayev Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Ə.Hüseynzadə adına İncəsənət Universitetini bitirib. Bir müddət N.Tusi adına Pedaqoji Universitetdə çalışan S.Eynullayev 1990-cı illərin əvvəllərindən etibarən yaradıcılıq işlərini Türkiyədə davam etdirir. İndiyə qədər onun Türkiyədə 50-yə yaxın fərdi sərgisi açılıb, sənətkar Hollandiya və Yaponiyadakı sənət qalereyaları ilə daimi əməkdaşlıq edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info