Ramil Hüseynli Kanadada Beynəlxalq Daş Piramidasının açılış mərasimində iştirak edib
Tarix: 19.08.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Kanadanın Karlton Pleys (Town of Carleton Place) şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının (International Cairn) açılış mərasimi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.
Qeyd edək ki, dünya ölkələrinin dostluğunun rəmzi kimi qələmə verilən bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir və 2014-cü ilədək piramida yalnız 20 ölkədən (Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, "Şotlandiya", Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiya) daş parçaları ehtiva edib. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və Azərbaycanın Qarabağ bölgəsi Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer alıb.
Tədbirin açılışında çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan (Wendy LeBlanc) abidənin formalaşmasına töhfə vermiş 12 ölkə, o cümlədən Azərbaycana təşəkkürünü ifadə edib. O, tədbirdə iştirak edən səfirliklər, o cümlədən Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan təmsilçisi digər qonaqlarla birgə piramidanın üzərindəki örtüyü götürməklə abidənin rəmzi açılışını edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Daşkənddə Respublika Günü münasibəti ilə qəbul keçirilib
27.05.2019
Misirdə Respublika Günü qeyd olunub
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info