Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına dəyişiklik edilib
Tarix: 19.08.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına dəyişiklik edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilib.
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 409 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda dəyişikliklər edilsin.
Dəyişiklərə əsasən, daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə Azərbaycan Respublikasının "Avtomobil nəqliyyatı haqqında" Qanununun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçiriləcək.
10-cu hissənin adında "pretenziya və iddiaların" sözləri "pretenziyaların" sözü ilə əvəz edilib. 10.9-cu bəndin birinci cümləsindən hər iki halda "və ya iddia" sözləri çıxarılıb.
Bundan əlavə, 10.14-cü və 10.22-ci bəndlər ləğv edilib. 5. 40-cı hissənin adında "Pretenziya və iddiaların" sözləri "Pretenziyaların" sözü ilə əvəz edilib. 42.1.13-cü yarımbənd ləğv edilsin.
48.14-cü bənddə "Pretenziya və ya iddianı" sözləri "Pretenziyanı" sözü ilə əvəz edilib, "pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən" sözləri çıxarılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info