Azərbaycan və Türkiyə beynəlxalq şəbəkə yaradacaqlar
Tarix: 19.08.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkiyə seysmik tədqiqatların aparılması üçün "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə monitorinq sistemi stansiyalarını birləşdirəcək beynəlxalq şəbəkə yaradacaqlar. Bunu Regional İnformasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev deyib.
Onun sözlərinə görə, Türkiyə diaqnostika və idarəetmə monitorinq sistemindən istifadə etməkdə maraqlıdır. Məlumatların mübadiləsi üçün beynəlxalq stansiyalar şəbəkəsi Bakı və İstanbulda yerləşən iki monitorinq mərkəzindən ibarət olacaq.
T.Babayev qeyd edib ki, türkiyəli alimlər iyulda Bakıya gələrək stansiyaların avadanlığının işi ilə tanış olublar: "Onlar əmin oldular ki, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnsititutunun təklif etdiyi metodika beynəlxalq şəbəkənin yaradılmasına və ocaqların və zəlzələnin gücünün daha dəqiq müəyyənləşdirilməsinə kömək üçün alət qismində tətbiq edilə bilər".
Hazırda Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünü, yəni anomal seysmik prosesləri (ASP) aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 7 stansiya fəaliyyət göstərir. Stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan, Siyəzən, Qazax və Naxçıvan Muxtar Respublikasındadır.
Planın məğzi respublikanın daha böyük ərazisini mövcud stansiyalarla əhatə etməkdir. Bu, zəlzələlərin episentrini daha böyük dəqiqliklə aşkar etməyə imkan verəcək.
Mövcud stansiyalar anomal seysmik proseslər özünü yerin səthində göstərməzdən 15-20 saat əvvəl onları qeydə almaq gücündədir.
Sistem seysmoaktiv siqnalların Kibernetika İnstitutunun bilavasitə şəbəkəsinə ötürülməsini təmin edir. Siqnalların ötürülməsi üçün yüksəktezlikli peyk kanallarından istifadə olunur ki, bu da instituta eksperimentləri daha yüksək səviyyədə və keyfiyyətli aparmağa imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info