Oktavian Bodiştyanu Gənclər Fondunda olub
Tarix: 19.08.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti yanında Gənclər Fondunda Bakıda səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu ilə görüş keçirilib.
Fonddan verilən məlumata görə, görüşdə Moldova Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Andrey Nikolenko, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirak edib.
Fərhad Hacıyev qonağa Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərini qonaqların nəzərinə çatdırıb.
Daha sonra Oktavian Bodiştyanu Moldova Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib, bu cür layihələrdə Fondun iştirakının əhəmiyyətli olacağını vurğulayıb.
Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib, gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqların bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info