Ağcabədi məktəblilərinin İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyası başlandı
Tarix: 19.08.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Avqustun 19-da Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə bu rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yola salınması mərasimi keçirildi.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsini arzuladılar.
Qrupun rəhbəri, Ağcabədi şəhərindəki 8 nömrəli tam orta məktəbin müəllimi Ramil Ağayev AzərTAc-a müsahibəsində dedi: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxşı tanımasında və sevməsində böyük əhəmiyyət kəsb edir. Bu gün İsmayıllı, Qəbələ və Şəki rayonlarına yola düşən ağcabədili məktəblilər 4 gün ərzində tarix və mədəniyyət abidələri ilə, bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla, Vətənimizin səfalı yerləri ilə yaxından tanış olacaqlar. Uşaqların sevincinin həddi-hüdudu yoxdur. İnanıram ki, onlar bu səfərdən ən xoş və unudulmaz təəssüratlarla dönəcəklər.”
Yuxarı Qiyamədinli kənd tam orta məktəbinin IX sinif şagirdi Qəmər Hacıyeva tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirdi: “Qədim tarixə malik Şəki şəhərini görmək, tarixi abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Eyni zamanda, İsmayıllı və Qəbələ rayonlarının gözəlliklərini, səfalı yerlərini görəcəyəm”.
Ağcabədi şəhərindəki 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kərəm İsmayılov isə fikirlərini belə ifadə etdi: “Şagird dostlarımla ölkəmizin gözəl yerlərini gəzməyə gedirik. Vətənimizin gözəllikləri, tarixi abidələri barədə televiziyada gördüklərimizi, kitablardan oxuduqlarımızı və eşitdiklərimizi özümüz görəcəyik. Bu səfər bizim üçün çox şey verəcək. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşdülər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info