Kreml Qərbin yeni sanksiyalarına qarşı cavab tədbirləri hazırlayır
Tarix: 19.08.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Kremldə Qərbin növbəti sanksiyalarına əlavə cavab tədbirləri hazırlanır. “RİA Novosti”nin verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. O bildirib ki, əgər Qərb tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəksə, rəsmi Moskva əlavə tədbirlər görməyə hazır olacaq.
“Biz dəfələrlə demişik ki, Rusiya sanksiyalar dili ilə danışmağın tərəfdarı deyil və bu istiqamətdə təşəbbüskar olmamışıq. Lakin bizim tərəfdaşlarımızın qeyri-konstruktiv və hətta destruktiv təcrübələrinə davam edəcəyi halda, bizim də əlavə tədbirlər planımız hazırlanmaqdadır”, – deyə Peskov qeyd edib.
Bu yaxınlarda “Vedomosti” qəzeti federal məmurlara istinadən məlumat vermişdi ki, Qərb Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyi təqdirdə, Rusiya bu ölkələrdən sənaye məhsullarının idxalına da məhdudlaşdırıcı tədbirlər və qadağalar tətbiq etməyi planlaşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info