Dayanıqlılıq daha da artırılır
Tarix: 19.08.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Samux rayonunun elektrik enerji təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Samux EŞ-in xidməti ərazisində mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, rayonun elektrik təsərrüfatının dayanıqlığı daha da möhkəmləndirilir. Qeyd edək ki, cari ilin son üç ayında da şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər.
Mənbədən onu da bildirdilər ki, cari ilin iyul ayında “Samux” EŞ-in xidmət ərazisində 11,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 505 min kilovatsaata yaxın artıb, ödənişdə mütləq artım isə 24 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 min kilovatsaatdan çox artaraq 1,9 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq artıb.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində sözügedən EŞ üzrə istehlak 66,8 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,1 milyon kilovatsaata yaxın artaraq 14,8 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 3 faizdən artıq olub.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir”,-deyən mənbə qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə onu da bildirdi ki, sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info