Biometrik texnologiyalar bazarının həcmi 20 milyard dolları ötəcək
Tarix: 19.08.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“Transparency Market Research” analitik şirkətinin proqnozuna görə, 2013-2019-cu illərdə dünya biometrik texnologiyalar bazarının illik artımı 20,8 faiz təşkil edəcək. Biometrik texnologiyalar dedikdə şəxsiyyəti, səsi, imzanı, gözün qüzehli qişası, barmaq izləri, ovuc geometri və digər xüsusiyyətlərin (Məsələn, DNK) tanınması sistemi başa düşülür.
“Biometrics Technology (Face, Hand geometry, Voice, Signature, Iris, AFIS, Non-AFIS and Others) Market - Global Industry Analysis, Size, Share, Growth, Trends and Forecast, 2013 – 2019” adlı tədqiqatda qeyd olunur ki, artım antiterror tədbirlərinə və cinayətkarlıqla mübarizəyə tələbatın çoxalması ilə əlaqədardır.
Daha populyar biometrik texnologiya barmaq izlərinin tanınması olacaq. Son illər barmaq izləri sensorlarının qiyməti xeyli aşağı düşüb ki, bu da onlardan smartfon və planşetlərdə istifadənin aktivləşməsinə gətirib çıxarıb.
Populyarlığına görə ikinci yerdə gözün qüzehli qişasının tanıması durur. Bu seqmentdə bazar həcminin daha aktiv artım tempi (ildə 28,6 faiz) gözlənilir. Bu, qüzehli qişanın identifikasiyanı çox dəqiqliklə müəyyən etməyə imkan verməsi ilə bağlıdır.
Nəhayət, identifikasiyanı insan bədəninin bir neçə unikal xüsusiyyətləri üzrə birləşdirən sistemlər bazarında – multimodul biometrik identifikasiya seqmentində aktiv artım gözlənilir.
Biometrik identifikasiya texnologiyalarından daha çox nəqliyyat, loqistika və sərhəd nəzarəti sektorlarında istifadə olunacaq. 2012-ci ildə biometrik həllərin alış həcminin 50 faizi bu sektorlara məxsus olub. Analitiklərin qənaətinə görə, bu vəziyyət 2019-cu ilədək davam edəcək.
Həmçinin bank və maliyyə sektorunda biometrik həllərin fəal təşəkkülünün yeni tendensiyaya çevriləcəyi proqnozlaşdırılır. Bu seqment hesabat dövründə ən sürətlə inkişaf edən seqment olacaq.
Biometrik texnologiyaların tətbiq ediləcəyi digər sahələr arasında dövlət və müdafiə, istehlak elektronikası, səhiyyə, şəxsi mülkiyyətin mühafizəsi, kommersiya təhlükəsizliyi, pərakəndə satış, mehmanxana, avtomobil və kompüter oyunları sektoru yer alacaq.
Bildirilir ki, yaxın 5 ildə ərazi baxımından biometrik texnologiyaların ən uğurlu tədarükçüsü Şimali Amerika olacaq. Biometrik bazarın ümumi gəlirinin 32,1 faizi bu regiona məxsus olacaq.
Öz növbəsində Asiya-Sakit okean regionunda biometrik həllər istehsal edən şirkətlərdə artım gözlənilir. Buna xüsusilə Hindistan, Çin, Avstraliya və Yaponiyada yerli iqtisadiyyatın aktiv inkişafı xidmət edir. Artım tempinə görə bu region hətta Avropa və ABŞ-ı geridə qoyacaq.
Analitiklər bazarın potensial liderləri arasında ayrı-ayrı tədarükçülər kimi “Safran Morpho”, “3M Cogent”, “NEC Corporation”, “DigitalPersona” və “Accu-Time Systems” şirkətlərini qeyd edirlər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info