Avropa Oyunları ilə bağlı bulvarda bir sıra yeniliklər tətbiq ediləcək
Tarix: 19.08.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, Dənizkənarı Bulvarın hər iki istiqamətə genişlənən ərazisi 2015-ci il ilk Avropa Oyunlarına qədər insanların istifadəsinə veriləcək: "İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqlar çox olmasını, eləcə də onların arasında turistlər, idmançılar, media nümayəndələrinin və s. olmasını nəzərə alsaq, bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda pos-terminalların olması təmin ediləcək, hər kafe və restoranda, hər attraksionda xarici dil, xüsusilə də ingilis dili bilən insanların olması təmin ediləcək. Bulvarın ərazisindəki obyektlərin hamısında "Wi-Fi" sisitemi tətbiq olunacaq".
N.Məcidov deyib ki, bulvar ərazisi genişlənəndən sonra dəniz gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək".
Qeyd edək ki, Dənizkənarı Bulvarın ərazisi 6 km-dən artıqdır, bulvar hər iki istiqamətə genişləndikdən sonra ümumilikdə uzunluğu 15 km olacaq.
N.Məcidov qeyd edib ki, yeni bulvar ərazisində həm yaşıllıq sahələri, həm çəmənliklər, ağaclıqlar, oturacaqlar, həm də işıqlandırma sistemi bir qədər fərqli ola bilər.
Onun sözlərinə görə, Dənizkənarı Bulvar genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq.
Xatırladaq ki, hazırda ərazidə qatar 3 marşrut üzrə hərəkət edir - Bakı Dəniz Vağzalından Saat qülləsi, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından "Crystal Hall"un ətrafına qədər.
N.Məcidov bildirib ki, bulvarın mühafizə xidmətinin işçilərinin ingilis dilini mənimsəməsi istiqamətində işlər davam etdiriləcək: "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində bulvar mühafizə işçilərinin təxminən 50 faizini ingilis dili kurslarına göndərdik. Onlardan əsas hissəsi bulvarda işləməkdə davam edir, çox az sayda işdən gedənlər də var. Yəqin ki, dil bilməyənlərin də belə kurslar keçməsini təmin edəcəyik. Bizim mühafizə işçiləri arasında rus dilini bilənlər çoxdur, ancaq ingilis dilini bilənlərin də sayını artırmağı nəzərdə tuturuq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info