Rauf Əliyev: “Son illər Azərbaycan idmanı mühüm nailiyyətlər əldə edib”
Tarix: 19.08.2014 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


«Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. İdman sahəsində qazanılan uğurlarda bu amil böyük rol oynayır». Bu fikirləri “yap.org.az”a Milli Məclisin deputatı Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, son illər Azərbaycan idmanı mühüm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu sahəyə bölgələrdə də xüsusi diqqət yetirilir.
«Hazırda, respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Vaxtilə, idman qurğularının tikintisində zona prinsipi əsas götürülürdüsə, bu gün hər bir rayonumuzda yüksək səviyyəli idman kompleksləri tikilib istifadəyə verilib. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin olimpiya hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür”- deyə, R.Əliyev qeyd edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info