Ermənistanda gizli çevriliş?
Tarix: 19.08.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Erməni siyasətçiləri tətildən istifadə edərək fəal şəkildə rayonlara gedib sakinlərlə görüşürlər. Bugünkü məqaləsini bu məsələyə həsr etmiş erməni şərhçi Naira Ayrumyan bunu Ermənistanda gözlənən hakimiyyət çevrilişinin əlaməti kimi dəyərləndirib. O, deyib:
“Belə işlər adətən seçki zamanı edilir. Görünür, erməni siyasətçiləri yaxınlaşan dəyişikliyi hiss ediblər və əvvəlcədən buna hazırlaşmağa başlayıblar”.
Şərhçinin sözlərinə görə, Ermənistanın siyasi elitası cəmiyyətin ehtiyaclarından və dövlətin real öhdəliklərindən çox uzaqlaşıblar: “Son zamanlarda dövlət qərarlarının qəbul edilməsi Rusiyaya həvalə edilib, az miqdarda kiçik yerli qərarlar isə oliqarxlar tərəfindən verilir”.
Hazırda Ermənistan rəhbərliyi əsasən Rusiya yönümlü qərarlar qəbul edir və Serj Sarkisyan başqa istiqamət tanımıdığı üçün Moskvanın müti qulu kimi ölkəsini Avrasiya İttifaqına doğru aparmaqdan başqa yol tanımır. Rusiyaya qarşı ABŞ-ın sanksiyaları fonunda bu, bir sıra erməni siyasətçilər tərəfindən normal sayılmır. Artıq ABŞ öz ehtiyat fondundan bazara neft çıxarmağa başlayıb və bu, ilk dəfə olaraq neft fyuçerslərinin qiymətini barrel üçün 100 dollardan aşağı enməyə məcbur edib. Rusiya büdcəsində isə neftin qiyməti 102 dollar nəzərdə tutulub.
ABŞ bu siyasətini davam etdirsə, Ukrayna ilə müharibə aparan Rusiya Sovet İttifaqının taleyini təkrarlayacaq. Nəticədə, eynən SSRİ kimi xaricdəki hərbi bazaları bağlamağa və daxili problemləri həll etməyə məcbur olacaq. O zaman Ermənistan havada qalacaq və vaxtında Qərbə üz tutmadığına görə, Avropa Birliyinin qapıları da üzünə bağlı olacaq.
Ermənilər, təbii ki, ölkəni çətin vəziyyətdən çıxaracaq, AB ilə Moskva arasında manevr edə biləcək bir lider istəyirlər. Hələ komsomol vaxtından Moskvanın zombisinə çevrilmiş Serj Sarkisyan bu cür manevr imkanlarına malik deyil. Ona görə də, ermənilər, təbii ki, yeni lider axtarışındadırlar. Bu lider, bəlkə də, artıq məlumdur. Sadəcə, 1999-cu il oktyabrın 27-də parlamentdə Karen Dəmirçiyanın öldürülməsini nəzərə alaraq onun adını açıqlamırlar. Əks halda, eyni qüvvələr yeni lideri də aradan qaldıra bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info