“Donbass” batalyonunun komandiri yaralanıb
Tarix: 19.08.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Donetsk vilayətinin İlovaysk şəhərinin separatçılardan təmizlənməsi zamanı Ukraynanın məşhur “Donbass” könüllülər batalyonunun komandiri Semyon Semyonçenko yaralanıb.
Bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib. O bildirib ki, “Donbass” batalyonunun öncül dəstəsi minaatanlardan atəşinə tutulub, nəticədə 1 döyüşçü həlak olub, 4-ü yaralanıb. Batalyon komandiri S. Semyonçenko qəlpə yaraları alıb. Nazir yaralıların döyüş meydanından çıxarıldığını və durumlarının qənaətbəxş olduğunu söyləyib.
Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko isə bu axşama qədər İlovaysk şəhərinin separatçılardan təmizlənməsi əməliyyatının başa çatacağını söyləyib.
Xatırladaq ki, avqustun 18-də gecə antiterror əməliyyatına cəlb olunmuş “Donbass”, “Azov” və “Dnepr” batalyonları ordunun dəstəyi ilə İlovaysk şəhərinə daxil olublar. İlovaysk Donbass bölgəsindəki iri dəmir yolu qovşaqlarından biridir və bu baxımdan strateji əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl “Kiyevskaya Rus” batalyonunun komandiri, podpolkovnik Aleksandr Qumenyuk Donetsk vilayətinin Debaltsevo şəhərində gedən döyüşlərdə həlak olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info