Yana Ağayeva: “Heç vaxt belə problem yaşamıram”
Tarix: 19.08.2014 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Məzuniyyətim avqustun əvvəllərində başa çatıb. Həmin vaxtdan Azərbaycan millisinin düşərgəsindəyəm”. Bunu Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva deyib.
Milliləşdirilmiş legionerimiz bildirib ki, istirahətdən sonra bir çox oyunçular bərpa dövründə çətinlik çəksələr də, bu, onda problem yaratmır: “Düzdü, məşqlərə yeni başlayanda bir əziyyət olur. Amma mən heç vaxt belə problem yaşamıram”.
Ağayevanın sözlərinə görə, Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan millisi gərgin məşqlər sayəsində dünya çempionatına kimi tam hazır olacaq: “Biz hazırda Maribordayıq. Burada çoxlu həm kişi, həm qadın komandaları var. Onlar da təlim-məşq toplanışındadırlar. Onların bəziləri ilə yoxlama görüşləri də nəzərdə tutulub. Moskva “Dinamo”su və Bolqarıstan millisi ilə qarşılaşmağımız da gözlənilir. Dünya çempionatı zamanı çox çətin oyunlarımız olacaq. Bu səbəbdən əlimizdən gələn hər şeyi edəcəyik ki, həmin qarşılaşmalara hazır olaq”.
Yığmamızın hücumçusu yeni transfer olunduğu Polşa “Atom”unun rəsmi saytına komandaya qoşulacağı vaxtı da açıqlayıb: “Mən çox təəssüflənirəm ki, iyulun sonunda Sopota gələ bilmədim. Hərçənd, komandamla həmin vaxt tanış olmağımı çox istəyirdim. Lakin hələ də yeni klubumla tanışlıq imkanı əldə etməmişəm. Əvəzində, vaxtımı ailəmlə birgə keçirdim və bu mənim üçün çox vacib idi. İnanıram ki, hər şey yaxşı olacaq. Fikrimcə, İtaliyadakı dünya çempionatından qayıtdıqdan sonra klubdakı komanda yoldaşlarımla da anlaşmada problem olmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info