“Estoniya dövləti və parlamenti Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”
Tarix: 20.08.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


“Bu gün Estoniya dövləti, o cümlədən parlamenti Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması məsələsində rəsmi Bakının mövqeyini birmənalı dəstəkləyir”.
Bunu APA-ya açıqlamasında Estoniya parlamentinin azərbaycanlı deputatı Eldar Əfəndiyev deyib.
Rəsmi Tallinin işğal faktını pislədiyini söyləyən E. Əfəndiyev bildirib ki, bir müddət əvvəl ermənilərin parlamentə təqdim etməyə cəhd göstərdikləri qondarma “erməni soyqırımı” layihəsi rədd edilib və hətta xəbərdarlıq edilib ki, belə bir layihəyə bir daha gündəmə gətirilməsin: “Bütün bunlar təbii ki, səbəbsiz deyil. Estoniya-Azərbaycan əlaqələrinin möhkəm olması ilə yanaşı, burada yaşayan azərbaycanlıların da bu məsələdə rolu çox böyükdür. Məsələn, azərbaycanlılar yeganə milli azlıqdır ki, 1988-ci ildə Estoniyada milli azadlıq hərəkatı başlayanda Estoniyanın müstəqilliyini açıq şəkildə dəstəkləyiblər. Bunu eston xalqı və dövləti heç vaxt unutmur. Bu mühiti dəyərləndirən Azərbaycan diasporu təbii ki, Azərbaycan və işğal olunmuş torpaqlarla bağlı yerli ictimaiyyəti yaxşı məlumatlandıra bilir”.
E. Əfəndiyevin sözlərinə görə, Estoniyada Azərbaycan cəmiyyətlərinin rolu xeyli güclənir və bu, tezliklə dövlət strukturlarında azərbaycanlıların yeni postlar tutması ilə nəticələnə bilər.
E. Əfəndiyev 1954-cü ildə Tallində doğulub və əslən Azərbaycanın Şəki rayonundandır. O, artıq ikinci dəfədir Estoniya parlamentinin deputatı seçilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info