“Kölgə səsləri” müasir siluet animasiyası
Tarix: 20.08.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə sentyabrın 8-dən 19-dək Birgitta Hoseanın rəhbərliyi ilə rəssamlar üçün “Kölgə səsləri” müasir siluet animasiyasına dair kurs keçiriləcək.
“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən bildiriblər ki, Birgitta Hosea Londonda yaşayan media rəssamıdır. O, bu yaxınlarda animasiya və ifaçılıq üzrə praktiki doktorluq dərəcəsini bitirmiş olduğu “Central Saint Martins” (London İncəsənət Universiteti) ifaçılıq mərkəzində tədqiqat rəhbəri və MA personaj animasiyası üzrə kursun rəhbəri kimi fəaliyyət göstərir. Media rəssamı “Adobe” üzrə sertifikatlaşmış ekspert olaraq Böyük Britaniya, ABŞ, Çin, Hollandiya, Rumıniya, Avstriya və İsveçdə təlimlər aparıb.
Birgitta Hoseanın geniş animasiya təcrübəsinə videoinstalyasiyalar, animasiyalı tamaşalar, həmçinin hərəkət qrafikası daxildir.
Qədim zamanlardan bəri od kəşf olunduqdan sonra insanlar bir-birilərinə rəvayətlərini kölgələr vasitəsilə nəql edirdilər. Tələbələr kurs müddətində qədim və müasir texnikaların qarışığından istifadə etməklə maraqlı rəvayətlər danışmaq və cəld şəkildə dinamik nəql edən obrazlar yaratmaq üçün kağız marionetlər və rəqəmsal videodan istifadə etməklə kölgə xüsusiyyətlərinin vizuallaşdırılması, müştərək hekayət danışma və obyektlərdən ibarət tamaşanın xüsusiyyətlərini araşdırmaq üçün qrup daxilində çalışacaqlar.
Nəticədə tələbələr müstəqil şəkildə hazırladıqları bir sıra işləri qrupa təqdim edəcəklər. Seçilmiş əsərlər qrup sərginin bir hissəsi kimi nümayiş olunacaq.
Kursu dinləmək üçün avqustun 29-dək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat forması və minimum 200 sözdən ibarət motivasiya məktubu Azərbaycan, rus və ya ingilis dillərindən birində yazılaraq Leyla.m@yarat.az elektron ünvanına göndərilməlidir.
Qeydiyyat formasını yükləmək və ətraflı məlumatı müvafiq linkə daxil olmaqla əldə etmək mümkündür.http://www.yarat.az/az/learn/all/overview/master-classes-with-birgitta-hosea-uk

Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info