Azərbaycan 7-ci dəfə öz qapılarını rusiyalı jurnalistlərin üzünə açacaq
Tarix: 20.08.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


2014-cü il avqustun 19-dan 25-dək Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda olacaq.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətindən bildiriblər ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə təşkilatlarının iştirakı ilə RAGB tərəfindən təşkil edilib. RAGB-nin sədri Leyla Əliyevanın səfərin təşkilinə şəxsi töhfəsini xüsusi qeyd etmək lazımdır. Onun səyləri sayəsində illik tədbirə çevrilən belə səfərlər artıq yeddinci dəfə təşkil olunur.
Nümayəndə heyəti ciddi müsabiqə seçimi yolu ilə formalaşdırılıb və onun bütün iştirakçıları sadəcə Moskvanın və Rusiyanın ən yaxşı ali məktəblərinin tələbələri, aspirantları, yaxud ali məktəbləri yenicə bitirmiş məzunlar deyil, həm də təcrübə keçən jurnalistlərdir. Səfərin iştirakçıları arasında Rusiyada və onun hüdudlarından kənarda tanınmış federal əhəmiyyətli KİV-lərin – Ümumrusiya Dövlət Teleradio Şirkətinin, “RİA-Novosti-Rossiya seqodnya” informasiya agentliyinin, NTV teleşirkətinin, “Kommersant” nəşriyyat evinin və digər təşkilatların nümayəndələri var.
Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini Azərbaycan KİV-ləri ilə, respublikanın ictimai təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış etməkdir.
Jurnalistlərin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə dair seminarda iştirak etməsi onların bu sahədə öz biliklərini genişləndirməsinə, Mətbuat Şurasının nümayəndələri və KİV-lərin əməkdaşları ilə ünsiyyət isə Azərbaycanda jurnalist işinin xüsusiyyətləri, habelə ölkənin daxili və xarici siyasi həyatının daha maraqlı cəhətləri barədə dəyərli məlumat almasına imkan verəcək.
Səfər zamanı əldə etdikləri biliklər iştirakçıların gələcək işində onlara kömək edəcək, efirdə və Rusiya KİV-lərinin səhifələrində öz əksini tapacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info