Cəbhəyanı kəndlərin problemlərinin həllinə diqqətlə yanaşılır
Tarix: 20.08.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər rayonu rəhbərliyinin cəbhə xəttində yerləşən Borsunlu kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin, xüsusən də təmas xəttində yerləşən kəndlərdə sakinlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Borsunlu kənd yolunun və məktəb binasının təmir olunması, küçələrə 2 kilometr uzunluğunda müasir gecə işıqlanma sistemlərinin quraşdırılması, kəndin telefonlaşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir.
Görüşdə kənd sakinlərindən Eltay Axundov, Şəmistan Hüseynov, Kamil Piriyev, Cəmilə Ağalarova və başqaları bəzi problemlərdən (köhnəlmiş elektrik naqillərinin və dirəklərinin yenisi ilə əvəz olunması, təsərrüfat suyuna olan ehtiyacın ödənilməsi, kəndin qazlaşdırılması və sair) söz açıb, arzu və təkliflərini bildiriblər.
Görüşdə cari məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, cəbhəyanı kəndlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info