BSU-da Misirin yeni attaşesi ilə görüş keçirilib
Tarix: 20.08.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində Misir Ərəb Respublikasının yeni təyin olunmuş attaşesi, Bakıda yerləşən Misir Mədəniyyət Mərkəzinin direktoru, azərbaycanşünas alim Əhməd Sami ilə görüş keçirilib. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə rektor Asif Hacıyevə gələcəkdə Misir universitetləri ilə əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli tələbə-müəllim mübadilələrinin aparılması, ortaq mədəniyyətlərin dərindən öyrənilməsi ön plana çəkilib. Eyni zamanda hər iki xalqın yazıçı və şairlərinin əsərlərinin birgə tərcümə edilməsi haqqında ilkin razılıq əldə edilib.
Əhməd Sami Misirin ən aparıcı təhsil ocaqlarından biri olan Ayn-Şəms Universitetində 1998-ci ildən Azərbaycan dilini tədris etməsindən və bu dilə Misirdə çox böyük marağın olduğundan bəhs etdi. Azərbaycan dilinin daha geniş şəkildə öyrənilməsi üçün ixtisaslı mütəxəssislərə, müəllimlərə, eyni zamanda Misirdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına böyük ehtiyacın olduğundan danışıb.
A. Hacıyev misirli həmkarları üçün BSU-da Azərbaycan dili üzrə ixtisasartırma kurslarının təşkil olunmasına şərait yaradılacağını və yaxın gələcəkdə Misir Ərəb Respublikasında Azərbaycanı daha yaxından tanıtmaq məqsədilə Misir universitetlərindən birində Azərbaycan Tədris Mədəniyyət Mərkəzinin açılması haqqında müzakirələrin aparılacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info