Azərbaycan Mərkəzi Bankında təlimlərin keçirilməsinə başlanılıb
Tarix: 20.08.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankında (AMB) "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində "Nağd pulun idarəetmə informasiya sistemi"nin (Cash Management System (CMS) tətbiqi ilə əlaqədar beynəlxalq ekspertlərin iştirakı ilə kredit təşkilatları üçün geniş təlimlərin keçirilməsinə başlanılıb.
AMB-dən verilən məlumata görə, təlimlərin məqsədi CMS-in Mərkəzi Bankda tətbiqi ilə əlaqədar kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək "web portal" modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılmasından ibarətdir.
Təlimdə Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.
Təlimlərdə kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info