Təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri üçün
Tarix: 20.08.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri üçün cari ilin avqust və sentyabr aylarında maarifləndirici turların növbəti mərhələsi davam etdirilir. 18 avqust tarixində Xızıdan və Sumqayıtdan olan şagirdlərin Gəncə - Şəmkir - Göygöl istiqamətində, Daşkəsəndən və Göygöldən olan şagirdlərin Quba - Qusar - Xaçmaz istiqamətində, İmişlidən və Beyləqandan olan şagirdlərin isə Şəki - Qəbələ - İsmayıllı istiqamətində turun IV mərhələsinin səyahətləri uğurla sona çatmışdır və planlaşdırılan turun V mərhələsi 19 avqust tarixində başlamışdır.
Növbəti səyahət Astaradan və Lerikdən olan şagirdlərin Gəncə - Şəmkir - Göygöl istiqamətində, Gəncədən və Mingəçevirdən olan şagirdlərin Quba - Qusar - Xaçmaz istiqamətində, Ağcabədidən və Zərdabdan olan şagirdlərin isə Şəki - Qəbələ - İsmayıllı istiqamətində səyahətləri davam etdirilir.
Qeyd edirik ki,tur zamanı şagirdlər turizm şirkəti tərəfindən təşkil edilmiş müxtəlif viktorinalarda fəal iştirak edirlər və viktorinaların qalibləri qiymətli hədiyyələri əldə edirlər. Eyni zamanda şagirdlər üçün Heydər Əliyev Mərkəzlərinə, Tarix-diyarşünaslıq muzeylərinə, Lahıc qəsəbəsinə, Xan Sarayına, Karvansaraya və digər görməli yerlərə ekskursiyalar keçirilir və həmçinin rayon rəhbərlikləri ilə görüşlər keçirilir.


Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info