“Uşağa qarşı məsuliyyətsizlik edən valideynlərin cəriməsi artırılacaq”
Tarix: 20.08.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Son illərdə valideyn himayəsindən məhrum olmuş uşaqların sayında azalma müşahidə olunur. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsi Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, 2001-ci ildə valideyn himayəsindən məhrum olan uşaqların sayı 2484 nəfər, 2006-cı ildə 2441 nəfər, 2012-ci ildə 976 nəfər, 2013-cü ildə 757 nəfər olub: “Bu il isə bu rəqəm 685 nəfər olub. Göründüyü kimi azalma müşahidə olunur. Ancaq azalma olsa da biz bu sayın baş vermə səbəblərini araşdırmışıq. Çünki bu cür uşaqların tərkedilmə səbəbləri müxtəlifdir. Belə ki, kimisi fiziki qüsurlu olur, kimisi qeyr-rəsmi nikahdan, kimisi isə boşanmalardan olur”.
E. Səfərov deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, bu daha çox qeyri-rəsmi nikahdan baş verir: “Bu gün bunlara görə böyük qanun layihəsi hazırlanır. Həmçinin, bununla bağlı 3-4 qanunda dəyişiklik olacağı planlaşdırılır. Həmçinin, qanun bəndlərində dəyişikliklər ediləcək. Bildiyiniz kimi, uşağa qarşı məsuliyyətsizlik edən valideynlərə 20 manatdan 40 manatadək cərimə tətbiq olunur. Bu da 1999-cu ildə qəbul olunmuş qanunundur. Təbii ki, bu an üçün çox gülüncdür. Çalışacağıq ki, bu rəqəmi artıraq”. Komitə nümayəndəsinin sözlərinə görə, azyaşlını tək bayıra buraxmaq və ya onu nəzarətsiz qoymaq özü özlüyündə bir cinayətdir: “Belə vəziyyətdə onun başına nə gəlsə bundan valideyn günahkardır”. Onun sözlərinə görə, baxmayaraq ki, valideyn himayəsindən məhrum olan uşaqlar var, ancaq bununla belə, hazırda sosial rifah yaxşıdır: “Biz həmçinin, daha çox regionlarda deyərdim, tək analarla əməkdaşlıq edirik. Belə ki, onların uşaqları üçün pulsuz uşaq bağçaları təşkil edirik. Həmçinin, kasıb ailələri 200-300 manatlıq əmək haqqı civarında işlə təmin edirik. Gələcəkdə bununla bağlı nəzarəti daha da gücləndirməyi düşünürük”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Lənkəranda təlim keçirilib

Lənkəranda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təlim keçirilib. Komitənin məlumatına görə, təlim uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün baş tutub. Təlimdə Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin təhsil işçiləri iştirak ediblər. Təlim zamanı Komitə əməkdaşları – Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar edib, problemlə bağlı müzakirələr aparılmış, təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info