Gənclərin “Psixo-SOS Forumu“ adlı layihəyə start verildi
Tarix: 20.08.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər Fondunun dəstəyilə Bakıda gənclərin psixoloji-sosioloji problemlərini əhatə edən forum keçiriləcək. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin xarici əlaqələr sektorunun rəhbəri Şəhla Cəlilzadənin "Psixo-SOS Forumu" adlı fərdi layihəsinə start verilib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində "C" kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. Layihə direktorunun verdiyi məlumata görə, "Psixo-SOS Forum"un başlıca məqsədi gənclər arasında mövcud olan və son zamanlarda xüsusən artan intihar halları, ünsiyyət əngəlləri, stressin idarə olunması, psixoloji problemlərin qarşısının alınması, həll yollarının tapılması və inkişaf etdirilməsidir. Gənclərin "Psixo-SOS Forumu" layihəsində 60 nəfərin, psixoloq, sosioloq, ictimaiyyət və KİV nümayəndələri və problemli gənclərin birgə iştirakı ilə maarifləndirmə və təbliğat xarakterli qarşılıqlı fikir mübadiləsi aparılacaq. Burada məqsəd gənclərdə pozitiv düşüncənin, özünə inamın formalaşdırılması və gənclərimizin psixoloji inkişafına stimul verməkdir. Layihə çərçivəsində əsasən problemli gənclərin və mütəxəssislərin iştirak edəcəyi forum təşkil olunacaq. Forumda iştirak edən gənclər və professionallar tərəfindən gündəlik həyatımızda bizi narahat edən problemlərin müzakirə olunacaq və həll yolları araşdırılacaq. Layihə iştirakçı gənc psixoloq və sosioloqların təcrübə qazanmasına imkan yaradacaq və gənclər arasında kütləviləşən psixoz hallarına münasibətdə ictimai rəyin formalaşdırılmasına bir vəsilə olacaq. 14-29 yaş arası istənilən gənc layihədə iştirak edə bilər. Layihə ümumilikdə 16 iyul - 16 sentyabr tarixlərini əhatə edir. Layihə 3 mərhələdən ibarət olacaq: Layihənin hazırlıq dövrü (1 ay), İştirakçıların seçimi (10 gün), Psixo-SOS Forumu (1 gün).
Xatırladaq ki, online ərizə forması ilə müraciətlərin qəbulu davam edir. Forum sentyabr ayının ilk həftəsində Bakı şəhərində keçiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info