“Üç ölkənin birgə əməkdaşlığı regiona yalnız fayda verir”
Tarix: 21.08.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


«Prezidentlərin Soçi görüşündən sonra Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün keçirilməsi Cənubi Qafqazda sabitlik üçün təhlükə törədən qüvvələrə işarədir». Bu fikri “Yap.org.az”a Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Ermənistanın təcavüzkar siyasəti bütün Cənubi Qafqaz və Avropa üçün təhlükədir. Onun sözlərinə görə, Naxçıvanda belə bir görüşün keçirilməsinin strateji əhəmiyyəti var.
«Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda təhlükəsizlik sahəsində əvvəllər də əməkdaşlıq ediblər. Bu əməkdaşlığın təməlləri hələ 2000-ci illərin əvvəlindən atılıb. Xüsusən 2001-ci il, 11 sentyabr terror aktından sonra Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik sahəsində əməkdaşlıq etməsində geniş imkanlar açılıb. Fikrimcə, müdafiə nazirlərinin bu görüşü təhlükəsizlik sahəsində yeni addımdır. Müzakirə edilən məsələlər göstərir ki, bu üç ölkənin birgə əməkdaşlığı regiona yalnız fayda verir və təcavüzkarın ifşa edilməsində mühüm amillərdən biridir»- deyə, deputat qeyd edib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info