Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü
Tarix: 21.08.2014 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun ad günüdür.
Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Niyazi mənzil-muzeyinin müdiri Rza Bayramov ziyarətə gələnlərə Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında ətraflı məlumat verib, onun dünya musiqi tarixində xidmətlərini xüsusi vurğulayıb.
Daha sonra Niyazinin mənzil-muzeyində keçirilən “Açıq qapı” günü çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova maestronun həyat və yaradıcılığından geniş söhbət açıb.
Bildirib ki, Niyazi klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün əsl mənasında davamçısı olmaqla öz gərgin əməyi və istedadı nəticəsində Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsinə çevrilib. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, möhkəm iradə onun yaradıcılığı üçün səciyyəvidir.
Vurğulayıb ki, Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında, ifaçılar nəslinin yetişməsində Niyazinin böyük xidmətləri olub. Dünya şöhrətli musiqiçi xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ edib.
Qonaqlara maestro haqqında film, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər nümayiş etdirilib.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info