“Freedom House“ təşkilatı da ABŞ-da demokratik dəyərlərin pozulmasına etiraz etdi
Tarix: 21.08.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


"Dünyanın diqqətinin Ferqyusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir". "Freedom House" təşkilatının saytında yer alan məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferqyuson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda, bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".
Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferqyuson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxlarını həbs edib.
Qeyd edək ki, məlum olaylara görə, BMT Baş katibi də ABŞ-ı qınayan bəyanatla çıxış edib və ATƏT də bu ölkəni demokratik dəyərlərə sadiq qalmağa çağıraraq aksiyalarda media işçiləri üçün şəraitlərin yaradılmamasından narazılıq bildirib.
Həmçinin ABŞ-da olan bir sıra qaradərililərlə bağlı təşkilatlarda bir neçə dəfə bəyanat yayaraq ölkədə irqi ayrıseçkiliyin alovlanmasından da narahatlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...
23.04.2019
İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb
23.04.2019
Hitler Argentinaya qaçıb: FTB gizli sənədləri açıqlayıb
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info