Andoranın ilk Baş naziri Gəncəyə səfər edib
Tarix: 21.08.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Andora Respublikasının ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oscar Ribas Reig Gəncəyə birgünlük səfər edib.
Səmimi və mehribanlıqla qarşılanan hörmətli qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.
Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.
Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üztünə gül dəstələri düzüb. Burada fəaliyyət göstərən Nizami muzeyində olan Andoranın ilk Baş naziri Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxaraq təəssüratlarını zənginləşdirən Oscar Ribas Reig sonra Heydər Əliyev Mərkəzinə gəlib. Dahi şəxsiyyətin abidəsini ziyarət etdikdən sonra mərkəzlə yaxından tanış olub. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxan qonaq mərkəzdəki video konfrans zalında ictimaiyyət nümayəndələri qarşısında məruzə ilə çıxış edib.
Gəncə ilə tanışlıqdan sonra Andora Respublikasının ilk Baş naziri Oscar Ribas Reig Qəbələyə yola düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info