Gəncədə gənclər üçün təlim keçirilib
Tarix: 21.08.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, Gəncə Təlim və Resurs Mərkəzinin texniki dəstəyi və Danimarka Beynəlxalq İnkişaf Agentliyi (DİA) tərəfindən maliyyələşdirilən NİRAS şirkətinin Şərq Əməkdaşlıq ölkələri və Türkiyədə Media və Demokratikləşmə proqramı çərçivəsində Gəncə şəhərində Azərbaycanın 8 regionundan iştirak edən 50-yə yaxın gənc üçün "Media biliklərinin artırılması" adı altında təlim keçirilib.
Təlimin rəsmi hissəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev iştirak edərək, bu cür təlimlərin önəmindən danışıb, təlimin gedişatında gənclərə uğurlar arzulayıb.
Təlimin təşəbbüskarı "Gəncə Təlim və Resurs Mərkəzi"nin təlimçisi Günay Zeynalova deyib ki, bu cür təlimlər gənclərin sosial mediaya maraqlarının artırılması, yeni peşəkar jurnalistlərin yetişdirilməsi, Azərbaycanda yaxşı medianın uğurlu sirlərini gənclərlə bölüşmək məqsədi daşıyır. Bundan sonra da gənclərin arzusu ilə bu və digər təlimləri həyata keçirəcəyik.
Təlimlər zamanı müxtəlif simulyar oyunlar, gənclər üçün əyləncələr də təşkil olunub.
İştirakçı gənclər təlimlərdən razı qaldıqlarını və buradan çox məlumatlar əldə etdiklərini bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info