“Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var”
Tarix: 21.08.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.
Səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Rusiya tərəfindən isə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov, Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbərinin müavini Aleksey Saurin, Rusiya Xarici İşlər nazirliyinin Dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovskiy və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş zamanı Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozin Azərbaycan nümayəndə heyətini salamlamış və onun dəvətini qəbul edərək Moskva şəhərinə səfər etdiklərinə görə minnətdarlığını bildirib. O, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, görüşün cari ilin avqust ayının əvvəlində Azərbaycan və Rusiya Prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə olunan razılığın davamı olaraq keçirildiyini diqqətə çatdırıb. Dmitriy Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov dəvətə görə qarşı tərəfə təşəkkürünü bildirib və sözügedən səfərin iki ölkə Prezidentlərinin tapşırığına əsasən baş tutduğunu qeyd edib. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.
Dmitriy Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif edib.
Eyni zamanda görüşdə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov və bu ölkənin İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov çıxış ediblər.
Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığını qeyd edib. Eyni zamanda o, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söyləyib. Şahin Mustafayev cari ilin altı ayında Azərbaycandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info