İlk Avropa Oyunları ilə əlaqədar optik kabel infrastrukturu yaradılır
Tarix: 21.08.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) qarşıdakı "Bakı-2015" Avropa Oyunları ilə əlaqədar yarışların keçiriləcəyi məkan və digər təşkilati yerlər istiqamətində optik kabel infrastrukturunun tikintisinə başlayıb. Birlik ümumi uzunluğu 190 kilometr olan optik kabel (böyük tutumlu) çəkəcək. Yarışların keçiriləcəyi məkan və digər təşkilati yerlər arasında məlumatın ötürülməsi sürəti 10 giqabit/s təşkil edəcək.
İB-dən bildiriblər ki, hazırda kabel infrastrukturunun tikintisi üzrə işlərin 70 faizi görülüb, işlərin qalan hissəsi isə yaxın vaxtlarda başa çatdırılacaq.
Qarşıdakı işlər çərçivəsində mis telekommunikasiya infrastrukturunun yaradılması da planlaşdırılır. Ümumilikdə optik xətlərin uzunluğu 230 kilometr, mis kabel infrastrukturunun isə təqribən 70 kilometr təşkil edəcək.
İşlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (park, stadion, ticarət-əyləncə mərkəzləri) ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq. Həmçinin teleradio verilişləri (eləcə də HD formatında yayımın təşkili) üçün keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır. Keyfiyyətli videoaxının təşkili məqsədilə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq. Bundan əlavə, "Azerspace-1" telekommunikasiya peykinin resurslarından da istifadə olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info