Azərbaycan ifaçısı “Okean Elzı” qrupunun Bakı konsertində xüsusi qonaq olacaq
Tarix: 21.08.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Sentyabrın 6-da Bakıda Yaşıl Teatrda Ukraynanın əfsanəvi “Okean Elzı” qrupu geniş konsert proqramı ilə çıxış edəcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova bildirib ki, “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova “Okean Elzı” qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq. D.Kazımovla, “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şousu birləşdirir. 2014 ildə azərbaycanlı ifaçı Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos krayni” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni S.Vakarçukun komandasına qatılıb. Dilarə canlı efirdə “Okean Elzı” qrupunun “Bez boyu” mahnısını və Azərbaycan xalq mahnısı “Sarı gəlin”dən bir parça ifa edib. Qeyd edək ki, 2014 ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konserti də böyük maraq doğuracaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info