Ermənistanda “İŞİD”ə qoşulan ermənilərlə bağlı qorxu
Tarix: 21.08.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“İŞİD”in son zamanlar törətdiyi vəhşiliklər müharibələr tarixinin ən iyrənc və dəhşətli “qaydaları” sırasına daxil olub. “İŞİD”in amerikan jurnalistin də başını kəsməsindən sonra isə nəhayət ki, Obama gecikən bəyanatını verərək, bu təşkilatın təhlükəli olduğunu və dinə heç bir aidiyyətinin olmadığını bildirdi. Maraqlısı isə odur ki, son olaylardan sonra sözügedən terrorçulara qarşı tədbirlər gücləndirilib. Artıq bir neçə uğurlu hərbi əməliyyatların da keçirildiyi bildirilir. Türkiyə mətbuatının məlumatına görə, İraqda gecə pusquya salınan bir qrup “İŞİD” üzvü sonda təslim olub. Onların içərisində isə ərəblərlə yanaşı Orta Asiya ölkələri, Dağıstan, Ermənistan və hətta Almaniya vətəndaşı olan terrorçular da olub. Ələ keçən erməni terrorçunun üzərində xristianlıq rəmzi olan xaç daşıması isə hərbçilərin qəzəbinə səbəb olub. Məlumata görə, yayımlanan videoda onlar terrorçudan “sən Qafqazdan gəlib “islam adına” döyüşürsənsə, bu xaçı niyə üzərində daşıyırsan?” soruşanda, əsir erməni “mən sadəcə muzdlu döyüşçünün biriyəm. Din adına döyüşmürəm”-deyə cavab verib. Bildirilir ki, bu hadisə Ermənistanda da ciddi narahatlığa səbəb olub. Hətta gözlənilir ki, parlamentdə muzdlu döyüşçülərlə bağlı xüsusi qanun qəbul edilsin. Erməni ziyalıları və siyasətçilərinin bir qismi bu məsələyə sərt reaksiya verərək deyiblər ki,bu gün Suriya, İraq və ya Ukraynada muzdla döyüşən işsiz və ya məcbur edilmiş erməni vətəndaşları sabah ölkəmiz üçün potensial təhlükədir. Hər şey bitəndən sonra ölkəmizə qayıdan bu səhra canavarları ermənilərə də rəhm etməyəcəklər və işsizlikdən hər cürə cinayətə, hətta terrora belə əl atacaqlar.
Xatırladaq ki, bu hal ilk dəfə deyil ki, baş verir. Suriyada döyüşən muzdlular arasında Ermənistandan getmiş xeyli sayda döyüşçünün olması barədə dəfələrlə faktlar aşkarlanıb. Bu yaxınlarda isə Suriyada erməni briqadasına məxsus olan bir qrup terrorçunun öldürülüb, quyuya atılması ilə bağlı video da yayımlanmışdı. Videoda terrorçulardan biri “biz səhv etmişik, bizi bu işə qoşanlar yalnız öz məqsədlərinə çatmağa çalışırlar” deyib. Ermənistanda isə bu “məqsədinə çatmağa çalışanların” Qətərdə oturduğu iddia olunur. Bu ölkənin “İŞİD”ə pul ayırması erməni vətəndaşları üçün də cazib görünüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info