Ovidiu Folcut: “Azərbaycan Araşdırmalar Mərkəzi Rumıniyada ilk belə mərkəzdir”
Tarix: 21.08.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun və Azərbaycan səfirliyinin dəstəyi ilə Rumın-Amerikan Universiteti nəzdində açılmış Azərbaycan Araşdırmalar Mərkəzi Rumıniyada ilk belə mərkəzdir. Bunu Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut deyib.
Xatırladaq ki, Azərbaycan Araşdırmalar Mərkəzi 2013-cü ilin oktyabr ayında Buxarestdə açılıb. Açılış günündə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
İmzalanma mərasimi zamanı Rumın-Amerikan Universitetinin rektoru O.Folcut Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi mühüm əhəmiyyətə görə təşəkkürünü bildirib, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti dil kurslarının, iqtisadi və mədəni mövzularda konfransların, elmi simpoziumların keçirilməsini əhatə edir: "Mərkəzin fəaliyyətinin məqsədi mübadilənin təşkil edilməsi və tələbələrin təcrübə keçməsi üçün Azərbaycanın universitet və şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasıdır".
Rektor deyib ki, Mərkəzin digər məqsədi Azərbaycan və Rumıniya arasında iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün Azərbaycan mədəniyyətini və biznes mühitini daha yaxşı dərk etməkdə tələbələrə imkan yaratmaqdır.
O.Folcut əlavə edib ki, Rumın-Amerikan Universitetinin tələbələri gələcəyin iqtisadçıları, diplomatları, beynəlxalq hüquqşünasları, İT və beynəlxalq turizm sahəsinin mütəxəssisləridir: "Buna görə də onların hazırda vahid dünya mühitini formalaşdıran müxtəlif mədəniyyətlər haqqında kifayət qədər yaxşı təsəvvürü olmalıdır".
Rektor vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzdə azərbaycandilli müəllimlərin rəhbərliyi altında Azərbaycan dili kursları fəaliyyət göstərir, Azərbaycandan gəlmiş mədəniyyət və iqtisadiyyat sahəsinin mütəxəssislərinin iştirakı ilə seminarlar, beynəlxalq simpoziumlar, mədəni tədbirlər (filmlərin, konsertlərin nümayişi və s.) keçirilir: "Heydər Əliyev Fondu və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə Buxarestdə ilk Azərbaycan dili kurslarının keçirilməsini təşkil edə bildik".
Onun sözlərinə görə, Rumın-Amerikan Universiteti bu sahədə Rumıniyada ikinci universitetdir (Kluj-Napokadakı Babeş Bolyai Universitetindən sonra).
O.Folcut qeyd edib: "Biz, eyni zamanda, "Azərbaycan - uğurlu inkişaf modeli" daxil olmaqla, bir sıra mövzularda maraqlı konfranslar keçirdik, tələbələrimizdən bəziləri isə Azərbaycan iqtisadiyyatı və turizmi haqqında mövzu araşdırmalarını öz elmi işlərinə daxil edə bildilər".
2013-cü il noyabrın 21-də Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan - uğurlu inkişaf modeli" mövzusunda konfrans keçirilib.
Konfransda Rumın-Amerikan Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycan səfirliyinin əməkdaşları, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycan-Rumıniya Ticarət Palatasının üzvləri, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun, Rumıniyada yaşayan Azərbaycan və türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.
Rektor qeyd edib ki, Heydər Əliyev Fondu dünyada təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə məşğul olan ən fəal təşkilatlardan biridir: "Biz ümid edirik ki, gələcəkdə Fondla daha sıx akademik və mədəni əməkdaşlıq əlaqələrini saxlaya biləcəyik".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info